Şıxsəidov Lənkəranda Qaraşovla görüşüb - Fotolar
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti martın 13-14-də Lənkəranda tanışlıq səfərində olub.
Səfər çərçivəsində qonaq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.
Görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğu, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında hər iki dövlət başçısının qarşılıqlı rəsmi səfərlərinin və görüşlərinin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xızrı Şıxsəidov nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını çatdırıb.
Xızrı Şıxsəidov və onu müşaiyət edən nümayəndə heyəti Lənkəranda olduqları müddətdə Lənkəran Olimpiya İdman Kompleksinə, Lənkəran İstisu Müalicə Sanatoriyasına, Xalça Fabrikinə, “Yaşıl çay” fermer təsərüfatına, “Hallabonq” sitrus plantasiyasına baş çəkərək görülən işlərlə və yaradılmış şəraitlə yerindəcə tanış olublar.
Sonra Dağıstanlı qonaq Lənkəran şəhərini gəzərək Heydər Əliyev xatirə parkına, Qala Xiyabanına, tarix diyarşünaslıq müzeyi yerləşən Xan evinə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan parka, qədim Mayaka, Azərbaycanlıların soyqırımı abidə-kompleksinə və digər görməli yerlərə baxmış, şəhərin mərkəzindəki “Boranı” restoranında Novruz bayramı şirniyyatları ilə bəzədilmiş çay stolu arxasında xoş təəssüratlarını bölüşüblər.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...