Elnarə klip çəkdirdi - “Səndən sonra…”

13:17 15-03-2019 | icon 3116
Elnarə klip çəkdirdi - “Səndən sonra…”

Müğənni Elnarə Xəlilova “Səndən sonra...” mahnısına çəkilən klipini təqdim edib.

Mahnının musiqisi Namiq Zeynalov, sözləri Anar Məmmədova məxsusdur. Kamançada Şəhriyar Musayev, gitarada Vüqar İsmayılov ifa edib.

Qeyd edək ki, mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb. Operatoru Ruslan Ağazadə olan klipin montajı  Xəqani Əliyev, rəng korreksiyası Aleks Anişenkoya məxsusdur. 

Xatırladaq ki, “Səndən sonra...” klipinin çəkilişləri Bakı Dəmiryolu Vağzalında, Bakı-Gəncə sürət qatarında, Gəncə Dəmiryolu Vağzalında və “Xan Bağı” Mədəniyyət və İstirahət Parkında aparılıb.

 


Digər xəbərlər

0.28882789611816