Səhiyyə Nazirliyindən işdən çıxarılan 5 nəfərlə bağlı - Açıqlama
Müğənni Afət Fərmanqızının ifa etdiyi mahnıya məzəli videoçarx hazırlayan Şəki Mərkəzi Xəstəxanasının 5 əməkdaşı işdən qovulub. İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onları cəzalandıraraq məcburi ərizə yazdırıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bidirib ki, işdən çıxarılan şəxslərə ərizə məcburi şəkildə yazdırılıbsa, məhkəməyə müraciət edə bilərlər:
“Biz hüquqi dövlətdə yaşayırıq. Videoda qabaqda oxuyan xanım öz ərizəsi ilə işdən ayrılıb. Əgər hesab edirsə ki, o ərizəni ondan məcburi alıblar məhkəməyə getsin. Hər hansı bir müəssisənin işçisi ilə müdir arasındakı problem həmişə məhkəmədə həll olunub, televiziyada yox. Əgər məqsədi həqiqətən işə qayıtmaqdırsa, həmin xanım məhkəməyə müraciət etməlidir. Bildirməlidir ki, hüquqları tapdalanır. Məhkəmə qərarı ilə də işə bərpa olunmalıdır. Ancaq məşhurlaşmaq istəyirsə, videonu belə internetdə, televiziyada yaya bilər.
Bu məsələnin nazirliyə heç bir aidiyyatı yoxdur. Çünki Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi və 1400 işçisi var. O işçilərlə rəhbərin münasibətində münaqişə yaranırsa, problem hüquq müstəvisində həll olunmalıdır. Etik davranış normaları var. İşçi iş vaxtı elə edirsə, müəyyən tənbehlər nəzərdə tutulur”.
Məsələ ilə bağlı Şəki Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Qeyd edək ki, işdən çıxarılanların arasında 40 ildir sözügedən xəstəxanada işləyən tibb bacısı Mirvari Salmanova da var. Digərləri isə tibb bacısı İlahə İsrafilova, xadimələr Ruhəngiz Səmədova, Arzu Zaharova və adının çəkilməsini istəməyən bufetçidir.
-
Qoşulmama Hərəkatı çərçivəsində əlaqələr inkişaf etdiriləcək
...
-
Konqo ilə Azərbaycan arasında güclü əlaqələr yaradılacaq
...
-
Tarixi səfər və mühüm əməkdaşlıq istiqaməti
...
-
İlqar Mahmudov Əlik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir
...
-
Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil edilib
...
-
Cəlilabadda iftar süfrəsi təşkil edilib - Fotolar
...
-
Sabaha 20° isti proqnozlaşdırılır
...
-
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sumqayıt Tibb Mərkəzində "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib - FOTOLAR
...