“Gəncədə Cavad xanın heykəlinin ucaldılması yaxşı olardı” - Deputatdan təklif
“Gəncədən Avropanın şəhərlərinə ucuz reyslər açılmasını təklif edirəm. Əminəm ki, bu uçuşların təşkili üçün ilk milli “lowcoster” Buta Airways öz töhfəsini verə bilər”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını da təklif edib:
“Gəncə şəhərində Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, torpağı, vətəni uğrunda özünü və övladını şəhid verən Cavad xanın heykəlinin ucaldılması yaxşı olardı. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından hər birimiz sevinir, mütəşəkkil surətdə həyata keçirilən bu işdən fərəhlənirik.
Daha bir təklifim isə Gəncə şəhərində məhəllələrarası idman meydançalarının yaradılmasıdır. Bu cür meydançaların salınması gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradar”.
Deputat təkliflərini yazılı formada hökumətə təqdim etdiyini vurğulayıb.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...