Şeydayev doğum gününü qolla qeyd etdi - Video

23:30 16-03-2019 | icon 3001
Şeydayev doğum gününü qolla qeyd etdi - Video

Rusiya Premyer Liqasında 20-ci tura start verilib.

Milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” dünən səfərdə “Anji” ilə qarşılaşıb.

Bu oyun Şeydayev üçün əlamətdar olub. Belə ki, oyun günü 23 yaşını qeyd edən Şeydayev qol vuraraq ikiqat sevinc yaşayıb.

“Krılya Sovetov”un 2:0 qalib gəldiyi görüşün 88-ci dəqiqəsində qazanılan penaltini vurmaq Şeydayevə həvalə edilib. O da əlinə düşən fürsətdən maksimum yararlanıb.

Qeyd edək ki, gənc hücumçu son 3 oyunda 3 qol vurub.


Digər xəbərlər

0.21624708175659