SOCAR “Hafka”nı məhkəməyə verdi
Azərbaycan Dövlət Neft Şirkəti keçmiş tərəfdaşını məhkəməyə verib. Uzun müddət bir yerdə meqalayihələr həyata keçirən şirkətlər sonra anlaşa bilməyiblər.
SOCAR iddia qaldırıraraq "BAGHLAN GROUP" FZCO-nun öhdəlikləri yerinə yetirmədiyini bildirib. Məhkəməyə daxil olan ərizədə cavabdeh daha da dəqiqləşdirilərək “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədova məxsus holdinqin Azad zona şirkətinin Azərbaycandakı filialı tanınıb.
Neft Şirkəti görüləcək xidmət üçün “Hafka”nın şirkətinə ödənilən pulun qarşılığında filialın müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini iddia edib.
İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə baxılacaq.
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...