“Bu sərəncam prezidentin güclü lider olduğunu nümayiş etdirdi”

13:38 17-03-2019 | icon 2992
“Bu sərəncam prezidentin güclü lider olduğunu nümayiş etdirdi”

Dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamı prezident İlham Əliyevin güclü lider olduğunu nümayiş etdirdi”.

Bu sözləri prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib:

“Böyük Mahatma Qandi deyirdi ki, bağışlamaq yalnız güclülərə xas xüsusiyyətdir. Bu gün dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamı prezident İlham Əliyevin güclü lider olduğunu nümayiş etdirdi. Dövlət başçısı humanizm, mərhəmət prinsiplərinə sadiq qaldığını sərgilədi. Novruz Bayramı ərəfəsində bu addım möhtəşəm hədiyyə oldu. Prezident bu humanist yanaşmayla cəmiyyətimizdə birlik, güvən hissini daha da gücləndirdi. Əfv Komissiyasının üzvü, hüquq-müdafiəçisi kimi dövlət başçısına bu humanist addıma, ictimaiyyətin rəyinin nəzərə alınmasına görə təşəkkür edirəm”.


Digər xəbərlər

0.2452380657196