Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı universitetdən - Açıqlama

13:50 17-03-2019 | icon 2642
Tələbələrin təqaüdündən pul tutulması ilə bağlı universitetdən - Açıqlama

Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri təqaüdlərinin 5-10 manat arası kəsilməsindən şikayətçi idilər.

Bununla bağlı Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri  Rəcəb Rza “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

O bildirib ki, tələbələrdən heç bir əlavə pul tutulmur. Yalnız Həmkarlar İttifaqı qanuni əsaslarla təqaüdlərin 2%-ni tutur ki, bu da tələbələrin sosial fəaliyyəti ilə bağlıdır.


Digər xəbərlər

0.35076498985291