Ronaldo oynamadı, “Yuventus” ilk dəfə məğlub oldu

18:00 17-03-2019 | icon 3280
Ronaldo oynamadı, “Yuventus” ilk dəfə məğlub oldu

İtaliya A Seriyasının 28-ci turunda sürpriz nəticə qeydə alınıb.

Çempionatın lideri “Yuventus” mövsüm ərzində ilk məğlubiyyətini alıb.

Ulduz futbolçusu Kriştiano Ronaldonun oynamadığı matçda “Yuventus” səfərdə “Cenoa”ya 0:2 hesabı ilə məğlub edib. Oyunda qolları 72-ci dəqiqədə Stefano Sturaro və 81-ci dəqiqədə Qoran Pandev vurub.

“Cenoa” bu qələbədən sonra xalını 33-ə çatdırıb və 12-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Yuventus”un bu məğlubiyyətindən sonra “Böyük beşlik” ölkələrin çempionatlarında naməğlub klub qalmayıb.

 

 

Digər xəbərlər

0.25609707832336