“Gəlişini mayda gözləyirdik, özünü marta çatdırdı”
“Düz 1 il əvvəl həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı”.
Bu sözləri aparıcı-aktyor İlkin Həsəni instaqram səhifəsində yazıb. O, bir il əvvəl ailə üzvləri ilə çəkilən fotosunu paylaşaraq qızı Alisanı doğum günü münasibəti ilə təbrik edib:
“Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı küvəzdən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kilo 800 qramlıq bir möcüzəyə baxırdım.
Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür. 1 yaşın mübarək, qızım. Bu foto isə həkimlərin “narahat olmayın, hər şey yaxşı olacaq” dedikdən sonra çəkilib”.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...