Xalq artisti Hüseynağa Sadıqovun xatirəsi yad olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri İlham Namiq Kamal, Şamil Süleymanov, Əməkdar artistlər Suğra Bağırova, Sabir Məmmədov və başqaları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor “Əfilər”, “Xasay”, “El oğlu”, “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar Kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb. Teatrda yaratdığı obrazlarla yanaşı, aktyor “Ad günü”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Əhməd haradadır?”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Qaraca qız”, “Sehrli xalat”, “Yenilməz batalyon” kimi 40-dək filmdə müxtəlif səpkili rollarla tamaşaçılar tərəfindən sevilir. Aktyorun sonuncu çəkildiyi film “Babamızın babasının babası” filmidir.
Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib.
Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...