Salyan rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir
18 mart 2019-cu il tarixində rayonun Heydər Əliyev adına Meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Əliağa Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır. Bayram tonqalı rayon İcra hakimiyyətinin başçısı tərəfindən alovlandırılmışdır. Tədbirdə rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilmiş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə, cəngi sədaları altında idmançıların rəngarəng çıxışlarına baxmış, rayonun milli mətbəx və folklor nümunələri ilə tanış olmuşlar. Meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanmışdır. Ulu Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmişdir.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...