“Bu müddət ərzində jurnalistlərə hansı yardım olubsa...” - Əli Həsənov +Fotolar
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 10 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Fondun 10 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Yubileydə nazirlər, deputatlar, xarici ölkələrin nümayəndələri, paytaxtın rayon icra başçıları, jurnalistika sahəsində inzibati qurum rəhbərləri, media kapitanları və incəsənət xadimləri iştirak edib.
Daha sonra Novruz bayramı münasibətilə keçirilən müsabiqədə qalib olan jurnalistlər mükafatlandırılıb. Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, Fond hər il 3 dəfə jurnalistlərin fərdi yazı müsabiqəsi keçirir: "Bu gün Novruz bayramı münasibətilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması üçün yığışmışıq. 19 istiqamətdə keçirilən müxtəlif mövzularda olan müsabiqəyə 54 media qurumundan təqdim olunan 145 yazını 12 ekspert qiymətləndirib. Nəticədə 114 jurnalist mükafata layiq görülüb. Fonda və jurnalistlərə göstərdiyi qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək bildirib ki, prezident İlham Əliyev 10 il öncə fondun yaranması ilə bağlı sərəncam imzalayıb: "Fond Ümumilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil Azərbaycan media siyasətinin həyata keçirilməsində önəmli rol oynayıb. Bu illər ərzində Fondun ən böyük xidməti KİV-ə yardımın şəffaflaşdırılması və sistemləşdirilməsi olub. Kim nə deyir desin, 10 ildir jurnalistlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial problemlərinin həll edilməsinə dövlətin dəstəyi şəffaf şəkildə həyata keçirilib, istər mənzillərin paylanması, istər müsabiqə qaliblərinin müəyyənləşməsi, çap mediasına illik yardımların verilməsi hamının gözü qarşısında tam şəffaf və ədalətli olub. Bu müddət ərzində jurnalistlərə hansı yardım olubsa, kollegial şəkildə həyata keçirilib. Buna görə də neçə illərdir jurnalistlər prezident İlham Əliyevi "Jurnalistlərin dostu" seçir. Novruz bayramı tədbirlərindən istifadə edərək Azərbaycan jurnalistlərinə göstərdiyi sistemli dəstəyə görə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm".
Daha sonra Fondla əməkdaşlığa görə bir neçə dövlət qurumu Fəxri Diplomla təltif olunub.
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...