Bu gün İlaxır çərşənbədir

11:44 19-03-2019 | icon 2798
Bu gün İlaxır çərşənbədir

Bu gün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı İlaxır çərşənbədir. 

 İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsidir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. 

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

 

 

Digər xəbərlər

0.35179781913757