Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi
18 mart 2019-cu il tarixində Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşdü.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” və “Heydər Əliyev Fondu” tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı.
Daha sonra görüş iştirakçıları çıxış edərək hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı 3800 ailəyə ərzaq yardımı verildi.
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...