İlham Əliyevdən yeni prezidentə təbrik - Məktubu

11:43 21-03-2019 | icon 2843
İlham Əliyevdən yeni prezidentə təbrik - Məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Digər xəbərlər

0.27190804481506