Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin oyununa çıxacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununa çıxacaq.
E qrupunda ilk turun görüşündə rəqib Xorvatiya yığması olacaq. Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşmanı bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.
Xorvatiya millisi son dünya çempionatının gümüş mükafatçısı olsa da, UEFA Millətlər Liqasında Liqasında 4-cü qrupun qalibi ola bilməyib. Elə Azərbaycan yığması da D Liqasında 3-cü qrupun qalibi ola bilməyib. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanovistefaya göndərilib və onu xorvatiyalı Nikola Yurçeviç əvəzləyib.
Meydan sahibləri bugünkü görüşə itkilərlə çıxacaqlar. Azərbaycan millisində isə Aleksey İsayevdən başqa itki yoxdur.
AVRO-2020, seçmə mərhələ
21 mart
E qrupu
23:45. Xorvatiya - Azərbaycan
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu
Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq.
İndiyədək Xorvatiya və Azərbaycan yığmaları cəmi 2 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda rəqib komanda Osiyekdə 6:0 hesablı qələbə qazanıb. Bakıdakı görüş isə qolsuz yekunlaşıb.
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...