Sabahın havası açıqlandı

21:29 21-03-2019 | icon 2614
Sabahın havası açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 22-nə gözlənilən hava şəraitini açıqlayıb. 

Sabah Bakıda və Abşeron yarımadasında havaların dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək. Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, gündüz mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək


Digər xəbərlər

0.28035593032837