Azərbaycan əhalisi 2 ayda bu xidmətə 306 milyondan çox pul xərcləyib

21:31 21-03-2019 | icon 2016
Azərbaycan əhalisi 2 ayda bu xidmətə 306 milyondan çox pul xərcləyib

2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 306,9 milyon manatlıq xidmət göstərib ki, onun da 71,5 faizi əhali tərəfindən istehlak olunub.

 2018- ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,9 faizi və ya 134,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Digər xəbərlər

0.30625200271606