Aydın Xırdalanlı vəfat etdi

11:20 24-03-2019 | icon 2509
Aydın Xırdalanlı vəfat etdi

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı vəfat edib.

Bu barədə meyxanaçının həmkarı Namiq Qaraçuxurlu instagram hesabında yazıb:

“İndicə aldığım məlumata görə, meyxana sənəti daha bir sənətkarını itirdi. Bayaqdan əlim-ayağım əsir. Arzum vardı ki, söz xiridarı üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olsun”. 

 Meyxanaçının qardaşı Heybət “Qafqazinfo”ya açıqlamasında faktı bir daha təsdiqləyib. O bildirib ki, ağciyərində güclü soyuqdəyməsi olan qardaşı 3 gün idi ki, yataqdan durmurdu, vəziyyəti ağır idi. 

Yas mərasimi saat 14:00-da Xırdalanda olacaq. Ailəsi heç bir media orqanının dəfndə iştirak etməsini istəmir. 


Digər xəbərlər

0.28466296195984