“Belə şeylərə normal münasibət bəsləyirəm” - Şeydayev
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Litva ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə sabahkı matçla bağlı fikirlərini bildirib.
- Sabahkı matçın nəticəsi çox vacibdi. Baxmayaraq ki, yoldaşlıq oyunudu, qələbə qazanmaq istəyirik. Baş məşqçimiz bizə bildirib ki, qalib gəlməklə qarşıdakı rəsmi matçlarda əlavə motivasiya əldə edə bilərik. Rəqibimiz kifayət qədər yaxşı komandadı, amma favorit sayılırıq və bütün düşüncəmiz qələbə qazanmağa yönəlib.
- Son matçlarda performansın çox yüksəlib və ardıcıl qollar vurursan. Məşhur karikaturaçı rəssam Omar Momani də Xorvatiya ilə matçda fərqlənməyinə biganə qalmadı. Necə hisslər keçirdin?
- Xoş sözlər üçün təşəkkür edirəm. Belə karikaturaların çəkilməsi mənə çox yaxşı təsir edir. Yəqin ki, bütün digər futbolçular üçün də belədi. Əgər kiminsə haqqında heç yazılmırsa, çəkilmirsə demək çox pis futbolçudu. Mən belə şeylərə normal münasibət bəsləyirəm. Təbii ki, çox xoş oldu.
- “Krılya Sovetov”la müqavilən 1 illikdi və 6 ay qalmışdan artıq digər klublarla danışıq aparmaq icazən var. Ümumiyyətlə, təklifin varmı və Samara klubunda gələcəyini necə görürsən?
- İndidən buna cavab vermək çətindi. Qarşıda çempionatın 10 oyunu var. Yenə qollar vura bilərəm, amma proses başqa cür də gedə bilər. İndi bütün diqqətimi milliyə yönəltmişəm. Qayıtdıqdan sonra klubdakı qələcəyim haqda düşünə bilərəm.
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...