“Reytinqə görə məxluqları efirə çıxarıb dağ başına qoyurlar” - Əkbər
Müğənni Əkbər Əliyev reytinq xətrinə hər müğənni və ekstrasensin efirə dəvət olunmasına əsəbiləşib.
Ifaçı bununla bağlı “Facebook” statusunda yazıb: “Reytinqə görə iyrənc hərəkətlər edən məxluqları, ekstrasensləri televiziyalara dəvət edib onları dağ başına qoyurlar. Mən bu məxluqları görəndə utanıram. Meydanda lazımsız insanlar çoxdur. Bunun sonu olmalıdı. Bu məsələni ancaq dövlət başçımız həll edə bilər. Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Faiq Ağayevdən xahiş edirəm bizi bu bəladan qurtarsınlar”.
Əkbərin çağırışına xalq artisti Faiq Ağayev bu cavabı verib:
“Dövlət başçımız mədəniyyət xadimləri ilə görüşəndə, orada 1 dənə də olsun estrada musiqisini təmsil edən şəxs görmədim, əfsus.
Kimlər bu siyahını hazırlayıbsa, bizi sanki görməməzlikdən keçib.
Əgər bələ görüş bir daha təşkil olunsa və dəvətlilər sırasında olsam, cənab Prezidentə mütləq ümumi acınacaqlı vəziyyət haqda, çıxış yolları barədə danışacağam”.
-
"CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTOLAR
...
-
Nazirdən Nəzrinlə Mərdana toy hədiyyəsi - Foto
...
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...