“Malların hamısı yanıb külə dönüb, heç kim çıxara bilməyib” - Yarım milyard ziyan
Bu gün Bakıda yanan "Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.
Bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”.
Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.
Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən yarım milyard manata yaxındır: "Ticarət Mərkəzində qızıl, brilyant, kürk, bahalı gəlinliklər satan mağazalar var. Hər şey yanıb".
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...