Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya yollanır

09:14 27-03-2019 | icon 2582
Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya yollanır

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi altındakı nümayəndə heyəti 28-29 mart tarixlərində Avstriyada rəsmi səfərdə olacaq. 

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini bu müddətdə vitse-baş nazir Tiqran Avinyan icra edəcək.

 

Qeyd edək ki, martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə N. Paşinyanın görüşü gözlənilir.

Vyanadakı diplomatik mənbə bildirib ki, İlham Əliyevlə Ermənistan baş naziri arasında görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək. 


Digər xəbərlər

0.21833896636963