Azərbaycan Ordusu şəhid verdi
Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya, mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.
Nazirlik rəsmi olaraq bildirir ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.
Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
-
Separatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar
...
-
Azərbaycan ermənilərin “Mortira”sını belə məhv etdi - Video
...
-
Mövqelərimiz intensiv atəşə tutulur
...
-
Xankəndidə TOR Zenit-Raket kompleksi belə məhv edildi - Video
...
-
Qarabağda antiterror tədbirlərinə başlanıldı - MN
...
-
Növbəti erməni təxribatı - 2 hərbçimiz yaralandı
...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
...
-
“Zod istiqamətində əlavə qüvvə cəmləşdirilməsi məlumatı yalandır”
...
-
Ermənistan zərbə PUA-sı tətbiq etdi - Daha 2 hərbçimiz yaralandı
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...