“Heç-heçəyə görə futbolçularımıza mükafat verilib” - AFFA-dan rəsmi açıqlama

16:59 27-03-2019 | icon 3072
“Heç-heçəyə görə futbolçularımıza mükafat verilib” - AFFA-dan rəsmi açıqlama

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla  Azərbaycan yığmasının üzvlərinə Xorvatiya məğlubiyyəti və Litva ilə heç-heçəyə görə mükafat verilməsinə münasibət bildirib. “Qafqazinfo”ya danışan federasiya rəsmisinin sözlərinə görə, milli üzvlərinə yalnız Bakıda Litva yığması ilə bərabərlik üçün mükafat təqdim edilib: 

“Milli üzvlərinə mükafat verilib. Bu isə yalnız Litva ilə 0:0-lıq heç-heçə üçün nəzərdə tutulub. Xorvatiya məğlubiyyətinə görə isə heç kim mükafat almayıb. Ümumiyyətlə, mükafat məsələsi sistemli işdir. Yəni qaydalara əsasən qələbə və heç-heçələrə görə mükafat verilir. Məbləği isə biz heç zaman açıqlamamışıq. Onu da nəzərə alın ki, yığma komanda üzvləri AFFA-dan maaş almırlar. Onlar yalnız qalibiyyət və uğurlu nəticələr zamanı mükafatlandırılırlar”.

Qeyd edək ki, bu barədə məlumatı Qol.az saytı yayıb. Bildirilir ki, milli komandamızın üzvlərinə AFFA tərəfindən Xorvatiya məğlubiyyətinə görə 2 min, Litva ilə heç-heçəyə görə isə 3 min manat mükafat verilib. 

Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.


Digər xəbərlər

0.93501591682434