“Heç-heçəyə görə futbolçularımıza mükafat verilib” - AFFA-dan rəsmi açıqlama
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Azərbaycan yığmasının üzvlərinə Xorvatiya məğlubiyyəti və Litva ilə heç-heçəyə görə mükafat verilməsinə münasibət bildirib. “Qafqazinfo”ya danışan federasiya rəsmisinin sözlərinə görə, milli üzvlərinə yalnız Bakıda Litva yığması ilə bərabərlik üçün mükafat təqdim edilib:
“Milli üzvlərinə mükafat verilib. Bu isə yalnız Litva ilə 0:0-lıq heç-heçə üçün nəzərdə tutulub. Xorvatiya məğlubiyyətinə görə isə heç kim mükafat almayıb. Ümumiyyətlə, mükafat məsələsi sistemli işdir. Yəni qaydalara əsasən qələbə və heç-heçələrə görə mükafat verilir. Məbləği isə biz heç zaman açıqlamamışıq. Onu da nəzərə alın ki, yığma komanda üzvləri AFFA-dan maaş almırlar. Onlar yalnız qalibiyyət və uğurlu nəticələr zamanı mükafatlandırılırlar”.
Qeyd edək ki, bu barədə məlumatı Qol.az saytı yayıb. Bildirilir ki, milli komandamızın üzvlərinə AFFA tərəfindən Xorvatiya məğlubiyyətinə görə 2 min, Litva ilə heç-heçəyə görə isə 3 min manat mükafat verilib.
Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...