Bayram günləri qatarla 25 minə yaxın sərnişin daşınıb

17:03 27-03-2019 | icon 2981
Bayram günləri qatarla 25 minə yaxın sərnişin daşınıb

Novruz bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.  

Azərbaycan Dəmir Yollarından daxil olan məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilib.

19-26 mart tarixlərində dəmir yolu ilə 24 880 sərnişin daşınıb. 22 423 nəfər ölkə daxilində hərəkət edən, 2 457 nəfər isə beynəlxalq istiqamətdə hərəkət edən  sərnişin qatarları ilə daşınıb. 

Bayram günlərində hər gün əlavə 800-1000 nəfər sərnişin daşınıb.


Digər xəbərlər

0.26130485534668