Rafael Ağayev Avropa çempionatında finala çıxdı

13:35 29-03-2019 | icon 2347
Rafael Ağayev Avropa çempionatında finala çıxdı

İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

Turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.

75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev ardıcıl 4 rəqibini məğlub edərək final görüşünə vəsiqə qazanıb. O, 30 martda italiyalı Luici Busa ilə qızıl medal uğrunda döyüşə çıxacaq.

Qeyd edək ki, 28-31 mart tarixlərində baş tutacaq qitə çempionatında Azərbaycan 19 idmançı ilə təmsil olunur. Artıq onlardan 7-si məğlub olaraq mübarizəni dayandırıb.

-75 kq, Rafael Ağayev

1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0

2. Bekim Başa (Albaniya) - 3:1

3. Elhami Şabani (Kosova) - 3:0

4. Stanislav Horuna (Ukrayna) - 5:1

Final

Luici Busa (İtaliya) (şənbə günü)

 

 

Digər xəbərlər

0.22928881645203