Nazir zərərçəkmiş sahibkarlara veriləcək kredit şərtlərini açıqladı - Foto

13:54 29-03-2019 | icon 2350
Nazir zərərçəkmiş sahibkarlara veriləcək kredit şərtlərini açıqladı - Foto

İqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" Ticarət Mərkəzində yanğın zamanı zərərçəkmiş icarədarlarla görüşüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında baş tutan görüşdə nazir Ş. Mustafayev bildirib ki, prezidentin tapşırığı ilə onlara hər cür dəstək veriləcək:

"Bütün məsələlər araşdırılır, şənbə-bazar günləri də işləyəcəyik. Üç gün ərzində araşdırma aparılacaq. Gələn həftədən dəstək tədbirlərinin həyatda keçirilməsinə başlanılacaq".

Ş. Mustafayev bildirib ki, icarədarlara 5 illik müddətinə 4 faizlə manatla kredit verə bilərlər: "Sahibkarlar üçün "Kapital Bank"da pulsuz kart hesabları açılacaq".

 

 





Digər xəbərlər

0.24608397483826