İsfəndiyar Axundovun YAP-dan xaric olunması müzakirə oluna bilər - AÇIQLAMA

18:30 29-03-2019 | icon 3276
İsfəndiyar Axundovun YAP-dan xaric olunması müzakirə oluna bilər - AÇIQLAMA

"Məsələ ilə bağlı mənim də məlumatım var. Hüquqi cəhətdən bu məhkəmənin verdiyi bir qərardır. Mənəvi tərəfdən isə  Axundovun bu işdə nə dərəcədə məsuliyyətinin olub-olmadığını indidən deyə bilmərəm. Hər - halda araşdırıb onun partiyadan xaric olunub - olunmamasını müzakirə edə bilərik."  

Bu sözləri Azeripress-ə açıqlamasında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib.

Qeyd edək ki, "Şərur” Mənzil Tikinti Kooperativinin sədri olan İ. Axundov YAP Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin və Şuranın üzvüdür. O, rəhbərlikdə millət vəkilləri Eldar İbrahimov, Əli Hüseynli, Kəmaləddin Qafarov, icra başçısı Elxan Allahverdiyev və digərləri ilə eyni səlahiyyəti daşıyır.

İ. Axundovun şəhid ailəsinin mənzilini əlindən alması və birinci xanım Mehriban Əliyevanın problemə müdaxiləsindən sonra onun YAP sıralarından xaric olunacağı gözlənilir.


Digər xəbərlər

0.31539988517761