İsfəndiyar Axundovun YAP-dan xaric olunması müzakirə oluna bilər - AÇIQLAMA
"Məsələ ilə bağlı mənim də məlumatım var. Hüquqi cəhətdən bu məhkəmənin verdiyi bir qərardır. Mənəvi tərəfdən isə Axundovun bu işdə nə dərəcədə məsuliyyətinin olub-olmadığını indidən deyə bilmərəm. Hər - halda araşdırıb onun partiyadan xaric olunub - olunmamasını müzakirə edə bilərik."
Bu sözləri Azeripress-ə açıqlamasında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib.
Qeyd edək ki, "Şərur” Mənzil Tikinti Kooperativinin sədri olan İ. Axundov YAP Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin və Şuranın üzvüdür. O, rəhbərlikdə millət vəkilləri Eldar İbrahimov, Əli Hüseynli, Kəmaləddin Qafarov, icra başçısı Elxan Allahverdiyev və digərləri ilə eyni səlahiyyəti daşıyır.
İ. Axundovun şəhid ailəsinin mənzilini əlindən alması və birinci xanım Mehriban Əliyevanın problemə müdaxiləsindən sonra onun YAP sıralarından xaric olunacağı gözlənilir.
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...