Bakıdakı finalda komandaları məcburi köçkünlərin uşaqları müşayiət edəcək

18:49 29-03-2019 | icon 2297
Bakıdakı finalda komandaları məcburi köçkünlərin uşaqları müşayiət edəcək

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununda komandaları meydana aztəminatlı və məcburi köçkün ailələrindən 22 nəfər azyaşlı qız (10-12 yaş arası) müşayiət edəcək. 

Həmin qızlar Fedex Beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə Gənclər Proqramına cəlb olunub.
Uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçısı, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.

Fedex şirkətinin xüsusi çəkiliş qrupu martın əvvəllərində Bakıya səfər edərək lahiyəyə cəlb edilmiş qızların futbola olan maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıblar. 

Beləliklə, Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana doğru müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.

Qeyd edək ki, azyaşlı qızlar futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydanadək müşayiət edəcəklər. 


Digər xəbərlər

0.75923800468445