Qaradağda yanğından mühafizənin yoxlanılması məqsədi ilə komissiyası yaradıldı
Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 28 mart 2019-cu il tarixində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı 29 mart 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun sədrliyi ilə iclas keçirilib.
İclasın işində rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Ticarət Mərkəzlərinin və əhalinin kütləvi toplandığı ictimai iaşə obyektlərinin məsul işçiləri iştirak edib.
İclasda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzlərinin birində yanğın baş verməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən dərhal operativ müşavirə çağırıldığını və orada müvafiq strukturlara tapşırıqlar verdiyini bildirmişdir.
İclas zamanı Qaradağ rayonunda fəaliyyət göstərən Ticarət Mərkəzləri, əhalinin kütləvi toplandığı ictimai iaşə obyektləri, həmçinin onların ətrafındakı obyektlərin yanğından mühafizəsinin norma və tələblərinə uyğunluğunun monitorinqi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə komissiya yaradılıb.
Yaradılmış komissiyaya görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və dərhal monitorinqlərə başlanılması tapşırılıb.
-
Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Millət vəkili “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb
...
-
Müdafiə siyasətinin formalaşdırılmasında zəruri addımlar
...
-
Terrorçuluğa qarşı tərəfdaşlıq
...
-
NATO ilə aparılan dialoq uğurla davam edir
...
-
Regionun taleyüklü problemlərinin müzakirəsi çox önəmli oldu
...
-
Sülhün bərqərar olması mühüm şərtdir
...
-
Balanslaşdırılmış dövlət siyasəti uğurla həyata keçirilir
...
-
Möhkəm təməl üzərində münasibətlər amalımızdır
...