Prezident Paşinyanla görüşü şərh etmədi
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü başa çatıb.
“Azeripress” xəbər verir ki, İ.Əliyev görüşün nəticəsini şərh etməyib. O, müxbirin görüşün nəticəsi ilə bağlı sualına “ATƏT-in Minsk qrupunun həmsədrləri hər şeyi danışacaqlar” cavabını verib.
Paşinyan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan prezidenti ilə görüşün normal keçdiyini bildirib: “Görüş normal keçdi”.
Qeyd edək ki, bu gün Vyanada İlham Əliyevlə Nikol Paşinyanın dördüncü şəxsi görüşü keçirilib. Minsk qrupu həmsədrləri, XİN rəhbərləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Ancey Kasprşikin iştirakı ilə geniş tərkibdə görüş “Bristol” otelində baş tutub və 2 saat davam edib.(qafqazinfo)
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...