Prezident avstriyalı həmkarı ilə görüşdü - Fotolar
Prezident İlham Əliyevin bu gün Vyanada Avstriyanın federal prezidenti Aleksander Van der Bellen ilə görüşü olub.
Avstriyalı prezident Aleksander Van der Bellen prezident İlham Əliyevi qarşılayıb. Onlar birgə foto çəkdiriblər.
Avstriyaya səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı qonaqpərvərliyə və Ermənistanın baş naziri ilə görüşə ev sahibliyi etdiyinə görə Avstriya tərəfinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın Avstriya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Aleksander Van der Bellen Azərbaycan ilə Avstriya arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu qeyd edərək bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli olduğunu deyib.
İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün Birgə Əməkdaşlıq Şurasının təsis olunduğunu və onun Vyanada ilk iclasının keçirildiyini deyərək bu formatda əməkdaşlığın ticarət dövriyyəsinin artırılmasına və Avstriya şirkətlərinin Azərbaycanda daha da fəal çalışmalarına imkan yaradacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Avstriyanın Federal Prezidentinə ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan nəqliyyat layihələri barədə məlumat verərək Avstriya şirkətlərinin də bu nəqliyyat infrastrukturu imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...