Lənkəranın dağ kəndində səyyar qəbul keçirildi - Foto
Lənkəran rayonunun ən ucqar dağ kəndlərindən olan Bəliton kəndində İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbul görüşünü keçirib.
Icra aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə Bəliton kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin sakinlərinin ərazinin sosial-iqtisadi inkişafı, mədəni quruculuq və fərdi məsələlərlə bağlı müraciətləri dinlənilib, səsləndirilən məsələlər yerindəcə araşdırılaraq həllindən ötrü mövcud imkanlar müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
Səyyar qəbula görə minnətdarlıqlarını bildirən sakinlər xalqın rifah halının yaxşılaşdılması ilə bağlı dövlət başçısının həyata keçirdiyi sosial siyasətdən razılıqlarını ifadə edərək onlara göstərilən dövlət qayğısından ruhlandıqlarını bildiriblər. Çıxışlarda kənddə ən müasir kompüter texnologiyaları ilə təchiz olunmuş ikimərtəbəli təzə məktəb binasının tikilib istifadəyə verilməsi, yaşayış məntəqələrinə elektrik enerjisinin fasiləsiz verilməsi, sakinlərin gündəlik olaraq istifadə etdikləri Lənkəran-Vilvan-Osakücə-Türkəncil magistral avtomobil yolunun başdanbaşa asfaltlanması, həmin yolda onlarla körpünün salınması, kənddaxili yolların cari təmiri, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstək bu qayğıya bariz nümunə olduğu vurğulanıb.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...