Aprelin 1-dən intensiv yağış yağacaq - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 31 martda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Xəbərdarlıq
Aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 31-də gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...
-
Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
...
-
Abşeronda şəhid Vidadi Zalovun xatirəsi yad edildi - Fotolar
...
-
Bayram gününün havası - 19° isti
...
-
Sabahdan Ramazan tətili başlayır
...