Azercell ilə ən sərfəli Rominq İnternet paketlərindən faydalanın!
Azercell-dən yeni Günlük Rominq İnternet paketi cəmi 3,90 AZN-a!
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə,Azercell ölkə xaricində olan abunəçilərinin ən sərfəli rominq xidmətlərindən faydalanmaları üçün yeni Günlük Rominq İnternet paketini təklif edir. 29 mart tarixindən etibarən Azercell abunəçiləri 100 MB həcmində təqdim olunan Günlük Rominq İnternet paketindən cəmi 3,90 AZN ödəməklə yararlana bilər. Azercell-in Rominq İnternet paketləri abunəçilərə səfər və səyahətlər zamanı yarana biləcək gözlənilməz internet xərclərinin qarşısını almaqda yardımçı olur.
Qeyd edək ki, Azercell abunəçilərinə rominqdə internet xidmətindən faydalanmaq üçün daha 2 paket təklif edir: 19.90 AZN dəyərində 1 GB və 9.90 AZN dəyərində 400 MB həcmində internet paketləri.
Bu paketlər dünyanın ən çox ziyarət edilən 52 ölkəsində fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində qüvvədədir və siyahı daim yenilənir. Əlavə olaraq, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə rominq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan, Azercell abunəçiləri prioritet operatoru seçmək zərurətinə ehtiyac qalmadan istənilən şəbəkədə internet xidmətindən yararlana bilər.
Azercell ilə rominqdə onlayn olmaq fürsətini qaçırmayın!
Azercell-in Rominq İnternet paketləri haqqında daha ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
https://www.azercell.com/az/personal/roaming/internetroaming/
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...