Dünənki çılpaq videoya görə 5 nəfər saxlanıldı - Qızlar da...
Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib.
Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.
Bu arada videonu çəkib yayanların naməlum şəxslər tərəfindən döyüldüyünü və üzündən ciddi xəsarət aldığını əks etdirən foto da mətbuat da yer alıb. Həmçinin, avtomobilin cərimə meydançasına aparıldığını göstərən və onun sənədləri ilə bağlı faktlar da mərbuatda dərc olunub.
Mövzu ilə bağlı bu saatlarda DİN-in rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, dünən ilkin olaraq votsap vasitəsi ilə yayılan və bir gün ərzində bütün ölkədə müzakirə olunan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...