“Oba”ya silahlı hücum

19:20 02-04-2019 | icon 3357
“Oba”ya silahlı hücum

Bakıda marketlər şəbəkəsinin bir filialına silahlı hücum baş verib. Hadisə aprelin 1-i səhər saat 09 radələrində qeydə alınıb.

Yasamal rayonunda yerləşən “Oba” marketə hücum edən Mingəçevir şəhər sakini Murad Mustafayev orada satıcı işləyən 1986-cı il təvəllüdlü Mahirə Əhmədovanı cibindən çıxardığı bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.

Daha sonra bıçaqla vuraraq kassanı sındırıb və içindən 205 manat götürərək oradan qaçıb.

M.Mustafayev hadisədən sonra saxlanılıb.


Digər xəbərlər

0.2585461139679