Azərbaycanda yasda yemək yeyə bilməyən şəxsdən İYRƏNC ƏMƏL

20:21 02-04-2019 | icon 518
Azərbaycanda yasda yemək yeyə bilməyən şəxsdən İYRƏNC ƏMƏL
loading...

Yas mərasimində normal yemək yeyə bilməyən şəxs heyfini çıxmaq üçün kənd qəbiristanlığına gedərək yas sahiblərinin qohumlarının məzarlarını dağıdıb.

Hadisə Şəmkirin Keçili kəndində baş verib.

Səhər saatlarında kəndə səs salan olay hamını şoka salıb. Qəbiristanlığa üz tutan sakinlər yaxınlarının qəbirlərinin dağıldığını görüblər. Keçili kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən şəxs saxlanılıb.

Saxlanılan şəxs Coşqun Nəcəfli bildirib ki, yas yerinə gec çatıb: "Yemək dedim, gətirmədilər. Mənə də pis təsir etdi. Hamıya verdilər, mənə yox. Mən də qəbiristanlığa gedib heyfimi daşlardan çıxdım. Onların qohumlarından çıxdım. Başqa heçnə etmədim. Bircə güldanları qırdım, bir də gülləri dağıtdım. Tək səhvim o olub. Səhvimə görə də çox peşmanam, gərək etməzdim. Onların pisliyi özünə qalardı".

O, qəbiristanlıqda 50-dən çox məzara ziyan vurmaqla kənd sakinlərinin heysiyyətinə toxunub.

Coşqun Nəcəfli barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. (ARBTV)


Digər xəbərlər

0.29224705696106