Arif Qasımov sakinlərlə görüşdü - Foto
Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 220 №-li məktəb-liseydə Rüstəmov küçəsi 68, 70, 72, 76, 76B, E.Süleymanov küçəsi 114, 116 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb.
Qəbulda sakinlər yaşadıqları binaların kanalizasiya xətlərinin dəyişdirilməsi, dam örtüklərinin təmir edilməsi, məhəllənin abadlaşdırılması, uşaq-əyləncə qurğularının quraşdırılması və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
A.Qasımov rayonda ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı vətəndaşlara müraciət edərək, gələcəkdə belə halların baş verməməsi və vaxtında qarşısının alınması üçün qəbulda iştirak edən sakinlərə yaşadıqları mənzillərdə, iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin, əmlaklarının sığorta olunmasının zəruri olduğunu vurğulayıb və bu istiqamətdə hər bir vətəndaşın təbliğat aparmasını tövsiyə edib.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...