Bakıda ana və qızı eyni gündə intihar etdi

09:19 04-04-2019 | icon 2580
Bakıda ana və qızı eyni gündə intihar etdi

Suraxanı rayonunda ana və qızının asılmış meyitləri tapılıb.

Bu haqda Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də saat 12:30 radələrində baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

 

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaqın versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədar olub.

Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir.


Digər xəbərlər

0.29428505897522