Qaraşov Kosalar kəndində sakinlərlə görüşdü - Fotolar
Aprelin 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə rayonun Kosalar kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbul zamanı İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işlərindən danışıb. Natiq yerlərdə keçirilən səyyar qəbul-görüşlərin əhalini narahat edən problemlərin operativ şəkildə müəyyən edilməsi və vaxtında həllinə imkanlar yaratdığını diqqətə çatdırıb.
Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda fərdi müraciətlər dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək onların həllindən ötrü tədbirlər müəyyən edilib. Eyni zamanda rayonun imkanları daxilində olmayan təkliflərlə bağlı vətəndaşlarla izahat işi aparılaraq irəli sürülən təkliflərin nəzarətdə saxlanılması və onların həllindən ötrü aidiyyatı üzrə yuxarı təşkilatlarla birgə işin qurulması barədə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...