“Maygülü”nün adı dəyişdirildi
Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.
Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AzərTac-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.
Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib. Ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib.
Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olub.
Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır, lakin “tenkovka” adı rus dilindən səhvən “kölgə” kimi tərcümə edilib.
Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s.
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...