“Qarabağ” Halldorssonu göndərdi

17:52 05-04-2019 | icon 2902
“Qarabağ” Halldorssonu göndərdi

“Qarabağ” bu gün bir futbolçusu ilə yollarını ayrılıb.

İslandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümün əvvəlində Ağdam klubuna transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. 

Ağdam təmsilçisi qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Digər xəbərlər

0.33456587791443