“Bu barədə anonsu seçkilər ərəfəsində vermişdim” - Əliyev + Video

18:00 05-04-2019 | icon 5066
“Bu barədə anonsu seçkilər ərəfəsində vermişdim” - Əliyev + Video

“Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək”. Bu sözləri prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılış mərasimində deyib. 

Dövlət başçısı yeni islahatlarla bağlı danışıb:

"Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir. Siz və ictimaiyyət təbii ki, bu islahatları izləyirsiniz. Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin".

 

 

Digər xəbərlər

0.27234506607056