“Yeni binanın tikilib-tikilməməsi sahiblərinin işidir” - Nazir
"Biz düşünürük ki, gələn həftə ərzində bütün sahibkarlara maddi yardım ediləcək".
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, dəymiş ziyanın tam məbləği araşdırılandan sonra sahibkarlara ödənilmiş maddi yardım nəzərə alınacaq:
"Yəni ödənilmiş məbləğlər maddi ziyanın hesabına aid olacaq. Bundan əlavə, sabahdan etibarən ticarət mərkəzində yanmamış anbarlarda malların inventarlaşmasına başlanılacaq. Qısa müddətdə malların uçotu aparılandan sonra ziyanın dəqiq məbləği müəyyənləşəndən sonra da qalan hissəsi sahibkarlara ödəniləcək. Həmçinin sahibkarlar şəhərin müxtəlif yerlərində yerləşən ticarət mərkəzlərində təkliflər alıb. Sahibkarların müraciəti əsasında nazirliyin Sahibkarlığa kömək və inkişaf fondu tərəfindən güzəştli kreditlər də veriləcək. Biz sahibkarlara lazım olan məbləğdə güzəştli kredit verməyə hazırıq. Hökumət komissiyası fəaliyyətində bu məsələlərə baxır və müvafiq qərar veriləcək. Əlbəttə bu, ilkin yardımdır. Bu istiqamətdə lazımi fəaliyyət göstərilir".
Ticarət mərkəzinin bərpasına gəlincə isə nazir qeyd edib ki, dünən Fövqəladə Hallar Nazirliyi elan etdi ki, bu ticarət mərkəzinin binası bərpa oluna bilməz:
"Bu da o deməkdir ki, bina söküləcək. Yeni binanın tikilib-tikilməməsi binanın sahiblərinin işidir. Bu haqda onlar qərar qəbul etməlidirlər".
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...