Neft yenidən bahalaşdı

11:17 06-04-2019 | icon 2128
Neft yenidən bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 4-də 71,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,72 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,04 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,74 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.


Digər xəbərlər

0.20199298858643